"Çelsi" Bundesliqadan futbolçu transfer edir
04.06.2025 - 09:58

Londonun "Çelsi" klubu daha bir transferini yekunlaşdırmağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Ceymi Qittensin transferində irəliləyiş var.
Enzo Mareskanın komandası cinah oyunçusu üçün 35 milyon avro və bonuslar təklif edib. 20 yaşlı futbolçunun "Borussiya" ilə hazırkı müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.
Qeyd edək ki, o, bu mövsüm Bundesliqada 32 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.
- "Brayton" 39 yaşlı yarımmüdafiəçisi ilə müqavilə yeniləyib
- Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçilib
- Atıcılarımız Avropa rekorduna imza atıblar
- Misli Premyer Liqası: Yeni mövsümün ilk turunun oyun cədvəli bəlli olub
- Misli Premyer Liqası və Azərbaycan kuboku yeni mövsümdə də “CBC Sport”da
0
0