UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Qalatasaray” – “Union SG” qarşılaşmasının hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, “Ali Sami Yen” stadionunda baş tutacaq oyunu ispaniyalı referi Xose Mariya Sançes idarə edəcək.
Ona Raul Kabanero və İnyiqo Prieto köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.
Mariya Sançes daha əvvəl 29 noyabr 2023-cü ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qalatasaray” – “Mançester Yunayted” (3:3) qarşılaşmasını idarə edib.
Qeyd edək ki, görüş noyabrın 25-i saat 21:45-də başlayacaq.
- Azərbaycan idmançıları İslamiadada 5 növdə qüvvələrini sınayacaqlar
- Futbolda 5 fevral təsadüfü: Bu tarixdə doğulanlar ulduz olurlar
- Astana Böyük Dəbilqə turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib
- Azərbaycan Kuboku: Final oyununda son iki mövsümün rekordu qeydə alınıb
- İtaliya çempionu 3-cü liqaya yuvarlanıb