“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasında “Aston Villa”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında qarşılaşmanın çətin keçəcəyini vurğulayıb.
Tedesko “Aston Villa” ilə oyunun yüksək səviyyəli mübarizə olacağını bildirib:
“Aston Villa" ilə oyun məncə çox çətin qarşılaşma olacaq. Bu turnir hər zaman ağır keçir. Bir məğlubiyyətimiz var, amma turnir cədvəlində orta sıralardayıq. Öz meydanımızda oynamaq üstünlükdür. Əlimizdən gələni edəcəyik. Sabahkı oyunu qazansaq, şansımız yüksək olacaq, qalib gələ bilməsək, işimiz çətinləşəcək. Ən yüksək səviyyədə olmaq istəyirsinizsə, bu cür matçları oynamağa alışmalısınız. Biz hər zaman bu səviyyədə yer almaq istəyirik”.
Qeyd edək ki, "Fənərbaxça" UEFA Avropa Liqasında növbəti oyununu sabah İngiltərə təmsilçisi "Aston Villa"ya qarşı keçirəcək.
- Millimizin üzvü Avropa çempionatının I seçmə mərhələsinin ən yaxşı futbolçusu seçilib
- "Arsenal" "Real Madrid"in ulduzu üçün 85 milyon avro ödəməyə hazırdır
- "Çelsi" futbolçusuna astronomik qiymət qoyub - 115 milyon!
- Azərbaycan millisi Bursada toplanışa başlayıb
- Adı "Fənərbaxça" ilə hallanan Vlahoviç karyerası ilə bağlı qərar verib