Dörd klub "Barselona"nın müdafiəçisi ilə maraqlanır
20.05.2025 - 12:57
"Barselona"nın müdafiəçisi Erik Qarsiya yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, futbolçunun karyerasını davam etdirmək üçün bir neçə variantı var.
Qarsiya ilə "Bayer Leverkuzen", "Komo", "Real Sosyedad" və "Jirona" maraqlanır.
Qeyd edək ki, İspaniya çempionatının cari mövsümündə Qarsiya “mavi qranatlar”ın heyətində 28 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- "Barsa"nın futbolçusu mövsümün qalan hissəsini buraxacaq
- Güləşçilərimiz Qazaxıstana yollanır
- "Sabah"ın baş məşqçisi: "Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var"
- Yığmamız “Strandja” turnirini 4 medalla başa vurub
0
0