Feliks keçmiş klubuna qayıda bilər
15.05.2025 - 12:59
"Çelsi"nin vingeri Joao Feliks vətəninə qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Lissabonun "Benfika" klubu hücumameyilli yarımmüdafiəçi ilə maraqlanır.
Feliks 2016-2019-cu illərdə Portuqaliya klubunda çıxış edib.
25 yaşlı futbolçu hazırda "Milan"da icarə əsasında forma geyinir. Tərəflər arasında müqavilə 2025-ci ilin iyunun sonunda başa çatacaq.
Qeyd edək ki, Feliks bu mövsüm A Seriyasında 13 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
- Qurban Qurbanov: "Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik"
- Faiq Hacıyev: "Bu gün başqa şeylərdən danışa bilərdik"
- Penalti gərginliyi böyüdü: "Fənərbaxça" prezidentindən TFF-yə təcili görüş tələbi
- “Anfield”də “Qarabağ”ı dəstəkləmək istəyənlərin diqqətinə
- Luis Enrike: “Əşrəf Hakimi oynaya bilməyəcək”
0
0