“Fənərbaxça”dan Kante bombası: Danışıqlar başladı
13.01.2026 - 10:32
“Fənərbaxça”nın meneceri Ertan Torunoğulları və futbol skautu Devin Özek Ərəb yarımadasına yollanıblar.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul klubunun nümayəndələri dünya ulduzu Nqolo Kantenin meneceri ilə görüş keçirəcək.
Danışıqlar müsbət nəticələnsə Kante mövsümün geri qalanında "Fənərbaxça"nın uğurları üçün çalışacaq.
Qeyd edək ki, qış transfer pəncərəsində Fredin komandadan gedəcəyi, Kantenin də bu səbəbdən transfer ediləcəyi bildirilir.
- "Auqsburq" "Bavariya"nın 27 oyunluq məğlubiyyətsiz seriyasına son qoyub
- AVF Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan voleybol festivalı keçirib
- "Yuventus" "Çelsi" ilə danışıqlara başlayıb
- Elvin Məmmədov: "Çox çətin bir yükün altına girdiyimi yaxşı dərk edirəm"
- Vadim Abdullayev: "Finala çıxıb, tarixə düşmək istəyirik"
0
0