"Fiorentina" Konfrans Liqası matçını neytral meydanda keçirəcək
29.06.2025 - 10:21
"Fiorentina" Konfrans Liqasının 4-cü təsnifat mərhələsinin ev oyununun yerini dəyişdirmək üçün rəsmi müraciət edib.
Apasport.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Müraciətə səbəb Florensiyada “Artemio Franchi” stadionunda aparılan yenidənqurma işləri olub.
Püşkatmanın nəticəsindən asılı olaraq qarşılaşma avqustun 21 və ya 28-də baş tutacaq.
Bundan əvvəl A Seriyası rəhbərliyi artıq klubun tələbini təmin etmişdi və eyni səbəbdən “Fiorentina”ya 2025/26 mövsümünün ilk iki dövrəsini səfərdə keçirməyə icazə vermişdi.
- "Siti"nin futbolçusu mövsümün ikinci yarısını La Liqada keçirəcək
- "Barselona" yenilənmiş stadionda ilk məşqinə çıxıb - FOTO
- Millimizin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub
- “Real Betis”ə Amrabat şoku: "Barselona" matçını buraxacaq
- Mbappe qol vurduğu 21 oyundan 19-da "Real Madrid" qələbə qazanıb
0
0