
"Barselona"nın prezidenti Joan Laporta komandanın cinah oyunçusu Ansu Fatini komandada saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano paylaşım edib.
Tanınmış insayder paylaşımında Laportanın sözlərinə yer verib:
"Biz Fatinin "Barselona"da oynamağa davam etməsini istəyirik. O, qeyri-adi insandır və bir çox çətinliklərdən keçmiş oyunçudur. İstərdim ki, Fati öz səviyyəsinə qayıtsın və daha çox oyuna çıxsın".
22 yaşlı Fati bu mövsüm bütün turnirlərdə 11 matçda iştirak edib. Futbolçunun kataloniyalılarla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
- "Qalatasaray" "Fənərbaxça" ilə oyuna 3 itki ilə çıxacaq
- Millimiz Bəhreynlə bacarmadı - Heç-heçə etdi - YENİLƏNİB
- Aslan Kərimov: “Fənərbaxça” – “Qalatasaray” derbisi qədər gərgin matç izləyəcəyik"
- Qış transfer dönəmində ən çox pul xərcləyən komandalar - Siyahı
- "Qalatasaray"la "Yuventus" arasında Osimhen savaşı – 65 milyonluq transfer