Uduzdu, söydü, cəzalandı: Alleqri bildiyimiz kimi
21.12.2025 - 09:50
“Milan”ın baş məşqçisi Massimiliano Alleqri İtaliya Super Kubokunun yarımfinalında “Napoli”yə 0:2 hesablı məğlubiyyətdən sonra cərimə olunub.
Apasport.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının qərarına əsasən, təcrübəli mütəxəssis 10 min avro məbləğində cərimələnib.
Cəzaya səbəb Alleqrinin qarşılaşmanın ikinci hissəsindəki davranışı olub.
İntizam qərarında qeyd edilib ki, baş məşqçi “Napoli”nin idman koordinatoru Qabriele Orialinin ünvanına dəfələrlə təhqiramiz ifadələr işlədib.
- Suarez "İnter Mayami" - "Palmeyras" matçının ən yaxşı oyunçusu seçilib
- Tramp: "Ronaldo haradadırsa, oğlum da oradadır”
- Messi 3 oyunluq fasilədən sonra meydana qayıtdı, fərqləndi
- Futbolda 5 fevral təsadüfü: Bu tarixdə doğulanlar ulduz olurlar
- Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək
0
0