Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-Nəsr"də çıxış edən ispaniyalı müdafiəçi Aymerik Laport yenidən Avropaya qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə "La Provence" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisinin karyerasını Fransa Liqa 1-də davam etdirmək variantı var. Kristiano Ronaldonun komanda yoldaşı olan Laportun transferində "Marsel" maraqlıdır.
Komanda cari mövsümün sonunda Çempionlar Liqasına birbaşa vəsiqə qazanarsa, klub rəhbərliyi ispaniyalını transfer edəcək.
Fransa çempionatının 32 turundan sonra aktivində 59 xalı olan "Marsel" turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
- İtaliya nəhəngləri “Lids”in qapıçısı üçün yarışır
- Türkiyədə mərc qalmaqalı böyüyür: 108 məşqçi və 105 menecer PFDK-ya göndərilib
- "Bavariya" "Bayer"in futbolçusunu transfer etməyə yaxındır
- Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib
- Ceyhun Sultanov: "Qarabağ" istənilən rəqibdən xal ala bilər"