Martinez tarixə düşüb
07.05.2025 - 08:33
"İnter"in futbolçusu Lautaro Martinez Çempionlar Liqasında "Barselona" ilə oyunda qol vuraraq tarixə düşüb.
Apasport.az xəbər verir ki, Martinez bu mövsüm Çempionlar Liqasında 13-cü matçında 9-cu dəfə qol vuraraq yeni rekorda imza atıb.
Argentinalı ulduz indi Hernan Krespodan sonra “İnter”lə bir mövsümdə avrokuboklarda ən çox qol vuran oyunçudur.
Martinez bu mövsüm daha bir qol vursa, o, yeni rekordçu olacaq.
Qeyd edək ki, "İnter" əlavə vaxtda rəqibini məğlub edərək finala vəsiqə qazanıb - 4:3.
- Tahir Gözel: “Komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik”
- "Barsa"nın qapıçısı Premyer Liqa yolunda
- Eduard Mendi “Əl-Əhli” ilə yeni müqavilə imzalayıb
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- Fatih Tekke bu transferdə israrlıdır: "Kopenhagen"dən "Trabzonspor"a
0
0