“Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş qanunsuz mərc oyunları ilə bağlı yayılan iddialara münasibət bildirib.
Apasport.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi açıqlamasında bildirib ki, klubdakı futbolçu dostları ilə birlikdə qeyri-qanuni mərc saytlarında slot oyunları oynayıblar:
“Fənərbaxça"dan olan futbolçu dostlarımla birlikdə qanunsuz mərc saytlarında slot oyunları oynadıq. Ancaq bunu kimin hesabı vasitəsilə etdiyimizi xatırlamıram. Bu, çox uzun çəkmədi və oynamağı dayandırdıq.”
Qeyd edək ki, türkiyəli futbolçu yaxın günlərdə mərc oyunları oynamaqda ittiham edilərək saxlanılıb.
- "Qızıl Qurd" ləqəbli kikboksçumuz peşəkar karyerasını başa vurub - VİDEO
- Coşqun Diniyev və Tuncay Şanlı bir komandada - Rəsmi
- Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
- İsmail Kartaldan sonra "Persepolis"dən bomba qərar
- Qurban Qurbanov: "Hər kəsi Bakıda keçiriləcək UFC turnirinə dəvət edirik"