Braziliyanın “Sao Paulo” klubunda çıxış edən Oskar səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Apasport.az xəbər verir ki, futbolçuda ürək ritminin pozulması aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
“2026-cı il mövsümünə hazırlıq çərçivəsində aparılan tibbi müayinələr zamanı Oskarda kardioloji dəyişikliklər müşahidə olunub. O, dərhal klub işçiləri və hadisə yerində olan həkimlər tərəfindən ilkin müalicə alıb. Daha sonra futbolçu xəstəxanaya yerləşdirilib.
Hazırda Oskarın vəziyyəti kliniki baxımdan stabildir və o, əlavə diaqnostik testlər üçün nəzarətdə saxlanılır".
Qeyd edək ki, karyerasına "Sao-Paulo"da başlayan 34 yaşlı oyunçu 2010-cu ildə “İnter”ə keçib. Orada diqqət çəkən Oskar 32 milyon avro qarşılığında “Çelsi”yə transfer olunub. Uzun illər İngiltərə nəhəngində çıxış edən braziliyalı 2017-ci ildə 60 milyon avroya Çinin “Şanxay” klubuna transfer olunub. Oskar 2025-ci ilin yanvarında karyerasına başladığı "Sao-Paulo" klubuna qayıdıb.
- Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
- Levandovski het-trik etdi – La Liqada tarix yazdı
- "Qalatasaray" Kaan Ayhanla müqavilə müddətini uzadıb
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- AFFA I Liqa klublarını cərimələdi