Messi milliyə çağırılmadı
19.03.2025 - 11:22
Futbol üzrə Argentina millisinin Uruqvay və Braziliya ilə oyunlar üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, Lionel Messi milliyə dəvət alan futbolçuların siyahısında yer almayıb.
Ulduz futbolçu zədə səbəbindən heyətə daxil edilməyib.
DÇ-2026-nın seçmə mərhələlərində keçirdiyi 12 oyundan sonra 25 xal toplayan Argentina ən yaxın izləyicisi Uruqvayı 5 xal qabaqlayaraq, zirvədədir.
“Tanqoçular” martın 22-də Uruqvayın qonağı olacaq, martın 26-da isə Braziliyanı qəbul edəcək.
- Erlinq Halanddan yeni rekord: Premyer Liqada 20 qol, Avropada liderlik
- İslamiada: Güləşçimiz bürünc medal üçün xalça üzərinə çıxacaq
- Region Liqasında III yer uğrunda oyunun və final görüşünün təyinatları açıqlanıb
- La Liqada günün nəticələri: üç matçda bərabərlik
- Böyükağa Ağayev: "Azərbaycan çempionatında onlara çatacaq komanda yoxdur, amma..."
0
0