“Milan”, “Napoli” və “Roma” eyni forvardla maraqlanır
18.06.2025 - 12:56
İtaliya çempionatının 3 təmsilçisi “Əl-Nəsr”in hücumçusu Con Duran ilə maraqlanır.
Apasport.az "Tuttomercatoweb"ə istinadla xəbər verir ki, "Milan", "Napoli" və "Roma" futbolçunu transfer etmək niyyətindədir.
21 yaşlı kolumbiyalı "Ər-Riyad"dan “Əl-Nəsr”ə 77 milyon avroya transfer olunub. Lakin gənc forvard yeni şəraitə uyğunlaşa bilmir və tezliklə Avropaya qayıtmaq istəyir.
Con Duran "Əl Nəsr"in heyətində 18 oyunda 12 qol vurub.
Qeyd edək ki, Premyer Liqa klubları da "Aston Villa"nın keçmiş oyunçusunu transfer etməkdə maraqlıdırlar.
- Azər kimdir, Füzuli kimdir? - "Karvan"da rəsmi kimsə var?
- Mert Hakan: "Düşmənlərimin sözlərini yox, dostlarımın səssizliyini xatırlayacam"
- Gimnastlarımız İspaniyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər
- Parataekvondoçularımız 2 qızıl və 2 bürünc medal qazanıb
- Dünya çempionu "Mançester Yunayted"ə doğru
0
0