Albaniyanın paytaxtı Tiranada təşkil olunan “Davis Cup” tennis turnirinə start verilib.
Apasport.az xəbər verir ki, ölkəmizi bu yarışda Tamerlan Əzizov, Kənan Qasımov və Elvin Həşimov təmsil edir.
Mübarizənin ilk günü idmançılarımız üçün uğurlu olub. Komandamız andorralı idmançılara qalib gəlib.
Tamerlan Əzizov rəqibi Erik Servos Noqeri 6-1, 6-3 hesabilə məğlub edib. Kənan Qasımov da Damyen Jelaber ilə qarşılaşmada sevinən tərəf olub: 6-1, 6-0.
Tennisçilərimiz qoşa mübarizədən də qalib ayrılıblar. Tamerlan Əzizov - Kənan Qasımov cütü, Servos Noqer-Damyen Jelaber duetindən üstün olub: 6-2,6-4.
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- Milli komandamız Malta yığmasını məğlub edib
- Arne Slot "Kristal Palas"la görüşdə iştirak etməyəcək
- Millimiz Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurub