“Qalatasaray” “Beşiktaş”ın 9 illik seriyasına son qoydu
04.03.2024 - 09:27
Türkiyə Super Liqasının 28-ci turunda "Beşiktaş" evdə "Qalatasaray"ı qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, "aslanlar" 9 illik fasilədən sonra ilk dəfə "Tüpraş" stadionunda "Beşiktaş"ı məğlub edib.
Qeyd edək ki, 28 oyundan sonra “Qalatasaray” 75 xalla turnir cədvəlinin zirvəsindədir. “Fənərbaxça” isə 73 xalla onun ən yaxın təqibçisidir. “Beşiktaş” isə 46 xalla dördüncü pillədə qərarlaşıb.
- İslam Oyunları: Milli komandamız finala vəsiqə qazanıb
- Türkiyəli hakimlər mərc bataqlığında: Prokurorluq cinayət işi üzrə araşdırmaya başladı
- Qəbələdə matç yarımçıq dayandırılıb - YENİLƏNİB
- Kadi 8-10 həftə yaşıl meydanlardan kənarda qalacaq
- Şakir Qəribov: “Neftçi" futbolumuzun keçmişidir, bu günüdür, gələcəyidir!” - VİDEO
0
0