"Böyük Dəbilqə": Daha iki cüdoçumuz mübarizəyə başlayacaq
03.05.2025 - 09:48
Bu gün Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə daha 2 cüdoçumuz tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, 73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansux ilə qarşılaşacaq.
Qeyd edək ki, yarış bu gün Bakı vaxtilə saat 11:00-da başlayacaq.
- "Qalatasaray" Muslera ilə protokol imzaladı: Əfsanəvi qapıçı göz yaşlarını saxlaya bilmədi - VİDEO
- "El-klassiko"nun ən yaxşısı bəlli olub
- Klublarımızdan Zəfər Günü təbrikləri - FOTO
- "Barselona" yalnız bir şərtlə Raşfordu transfer edə bilər
- "Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
0
0