"Qalatasaray"da Musleranın yerinə namizəd: "Qarabağ"ın rəqibindən
05.03.2025 - 13:55

"Qalatasaray" Musleraya əvəzləyici axtarır
“Qalatasaray” yeni mövsüm üçün qapıçı axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi Fernando Musleraya Rumıniyada əvəzləyici tapıb.
"Qalatasaray"ın qapıçı mövqeyi üçün planları nədir?
Belə ki, "cimbom" FCSB klubunun qolkiperi Stefan Tarnovanu ilə maraqlanır.
Tarnovanunun FCSB-dəki statistikası necədir?
Tarnovanu bu mövsüm 47 oyunda 41 qol buraxıb. O, 19 matçda qapısını toxunulmaz saxlayıb.
Muslera "Qalatasaray"dan ayrılır?
Uruqvaylı qolkiper mövsümün sonunda Super Liqa nəhəngindən ayrılacaq.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində FKSB ilə rəqib olub. Ağdam təmsilçisi evdə 2:3 məğlub olsa da, səfərdə Rumıniya klubunu 2:0 hesabı ilə məğlub etmişdi.
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- Mahmut Uslu: "Ali Koç bir həftə içində istefa verməsə, mən də..."
- "Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək - VİDEO
- Azərbaycan Kuboku: “Neftçi” – “Sabah” matçının təyinatları bəlli oldu
- "Baku Open-2025” Beynəlxalq Şahmat Festivalına yekun vurulub
0
0