“Qalatasaray”dan qələbə
20.07.2025 - 23:28

Yeni mövsüm hazırlıqları çərçivəsində Avstriyada təlim-məşq toplanışı keçirən "Qalatasaray" yoldaşlıq görüşündə "Admira Veker"i 2:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılı" komanda Cankat Yılmaz, Kuesta, Köhn, Abdülkerim, Metehan, Eyüp Aydın, Sara, Zaniolo, Torreyra, Yunus Akgün və Yusuf Demirdən ibarət "11-lik"lə meydana çıxıb.
Derrik Köhn və Arda Ünyayın vurduğu qollar "Qalatasaray"a qələbə qazandırıb.
Qeyd edək ki, "Qalatasaray" növbəti yoldaşlıq görüşünü iyulun 23-də "Kalyari"yə qarşı keçirəcək.
- Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib
- Maksim Medvedev "Qarabağ"a baş məşqçi təyin edilib - Rəsmi
- Flik bunu bacaran ikinci alman məşqçidir
- "Mançester Yunayted" Bundesliqa ulduzu uğrunda mübarizədə liderdir
- Dünya ulduzları “Qarabağ”ın bazasında: Nurməhəmmədov və başqaları - VİDEO
0
0