"Qalatasaray" bu axşam baş tutacaq "Samsunspor" qarşılaşması öncəsi ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Ismail Yakobsun əzələsində yırtıq aşkarlanıb.
Klubdan verilən məlumata görə, futbolçunun bərpa prosesi başlayıb və onun təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Bu səbəbdən Yakobs bugünkü "Samsunspor" matçı ilə yanaşı, UEFA Çempionlar Liqasındakı həlledici "Monako" görüşünü də buraxacaq. "Sarı-qırmızılılar"ın zədəli futbolçusu Super Liqanın növbəti turunda oynanacaq "Antalyaspor" matçında da iştirak edə bilməyəcək.
- Vadim Abdullayev "Araz-Naxçıvan"dan getdi
- "Mançester Yunayted" Türkiyə millisinin üzvü ilə yolları ayırır
- "Neftçi"nin kapitanı Premyer Liqada 50-ci qolunu vurub
- "Atletiko Madrid" Premyer Liqanın ulduz müdafiəçisi ilə danışıqlara başlayıb
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB