"Real"da ciddi itki: "Olimpiakos"la oyunu buraxacaq
25.11.2025 - 14:17
Madrid klubunun belçikalı qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 5-ci turunda keçiriləcək "Olimpiakos" – "Real Madrid" oyununu buraxacaq.
Apasport.az xəbər verir ki, buna səbəb qapıçının virusa yoluxmasıdır.
Klubun yaydığı rəsmi açıqlamada bildirilib ki, bu gün tibbi heyətin apardığı müayinələrdən sonra Kurtuaya virus mənşəli mədə-bağırsaq infeksiyası diaqnozu qoyulub.
33 yaşlı Kurtua 2018-ci ilin yayından “Real Madrid”in heyətində çıxış edir. Belçikalı qolkiper “kral klubu” ilə iki dəfə Çempionlar Liqasının qalibi olub.
- "Arsenal" və "Çelsi" "Milan"ın ulduzunu almaq istəyir
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB
- UEFA-dan Ukraynaya sərt cəza - 34 min avro
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
0
0