İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik maddələrlə bağlı istintaq çərçivəsində şübhəlilərdən götürülən qan və saç nümunələri üzrə Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən hesabat hazırlanıb.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın saç nümunələrində narkotik testi pozitiv nəticə göstərib.
Saranın qan, sidik və dırnaq nümunələrində isə test nəticələrinin neqativ olduğu müəyyən edilib.
Qeyd edək ki, "narkotik maddələr təmin etmək" və "narkotik maddələrin istifadəsinə kömək etmək" ittihamları ilə üzləşən Saran Prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılmışdı.
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- “Turan Tovuz”da kütləvi ayrılıq: 9 futbolçuya vida - Rəsmi
- Super Liqa klubunda Sergen Yalçın səsləri
- “Vest Hem”in gənc futbolçusu Portuqaliya klubunun hədəfində
- İngilis mütəxəssis “Vest Hem”i pulsuz çalışdırmağa hazırdır