"Sassuolo" "Milan"ın rekordunu qırıb
06.05.2025 - 08:33
İtaliya B Seriya təmsilçilərindən "Sassuolo" "Milan"ın rekordunu qırıb.
Apasport.az xəbər verir ki, "Sassuolo" “Kremoneze” (1:1) ilə qarşılaşmada 1 qola imza atıb.
Bu, cari mövsümdə komandanın 78-ci qolu olub. Beləliklə, klub "Milan"ın 40 ildən çox davam edən tarixi rekordunu qırıb.
1982/1983 mövsümündə "Milan" B Seriyasında çıxış edib və həmin mövsüm 77 qol vurub.
Qeyd edək ki, İtaliya B Seriya çempionatının bitməsinə 2 tur qalmış "Sassuolo" yüksək liqada yerini təmin edib.
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Belal Muhammed: "Bu, Azərbaycan üçün böyük hadisədir"
- "Turan Tovuz"dan bəyanat: "Oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var"
- Millimizin baqajı itib – komanda Polşaya əli cibində yollanıb
- Özbəkistanlı boksçular Bakıda hazırlıq keçəcəklər
0
0