
UEFA Avropa Liqasının 1/8 finalında "Reyncers"ə penaltilər seriyasında 3:2 hesabı ilə uduzaraq turnirlə vidalaşan "Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski oyunla bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, vurduğu 2 qolla matçın ulduzu olan Sebastian Şimanski qarşılaşma ilə bağlı bunları deyib:
"Meydanda 120 dəqiqə rəqibdən üstün olduq, amma təəssüf ki, penaltilərdə mübarizədən kənarda qaldıq. Futbol belədir. Hamı gördü ki, gözəl futbol oynadıq. Komandam və azarkeşlərimizlə fəxr edirəm. İstədiyimiz kimi olmadı. Məğlub olduq. Nə qədər yaxşı oynasaq da, uduzduq".
Qeyd edək ki, “Fənərbaxça” ilk oyunda 1:3 hesabıyla məğlub olub və cavab görüşündə 2:0 hesablı qələbə qazandığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Son zərbələrdə dəqiq olan “Reyncers” 1/4 finala vəsiqə qazanıb.
- “Sabah” - “Petrokub” oyununa satılan biletlərin sayı açıqlanıb
- Rikardo Fernandes: "Biz heç bir komandaya baxmırıq, yalnız..." - Müsahibə
- "Fənərbaxça" və "Qalatasaray"ın avrokubok matçı bu kanallarda
- Millimizin 2 boksçusu Debretsendə beynəlxalq turnirə qələbə ilə başlayıb
- “Real”dan inamlı qələbə, “Arsenal” PSV-ni top atəşinə tutdu - YENİLƏNİB