Daha əvvəl xəbər verdiyimiz kimi, "Bayer"in futbolçusu Florian Virtz "Mançester Siti"nin radarına düşüb.
Lakin Premyer Liqa klubu 22 yaşlı futbolçunun transferindən imtina edib.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Təcrübəli mütəxəssis "Siti"nin almaniyalı üçün danışıqları dayandırdığını bildirib.
Buna futbolçunun bazar dəyərinin yüksək olması, həmçinin "Bayer"in alman futbolçunun satışından 150 milyon avro qazanmağı planlaşdırması səbəb olub.
Qeyd edək ki, 22 yaşlı hücumçu bu mövsüm Bundesliqada 30 oyunda 10 qol vurub, 12 məhsuldar ötürmə edib
- Aqil Nəbiyev ümidlidir: “Gürcüstan bizlə heç-heçəyə görə sevinirsə...”
- Mahmut Uslu: "Ali Koç bir həftə içində istefa verməsə, mən də..."
- Bakıda voleybol festivalı keçiriləcək
- Millimiz Avropa Kubokunu 2 qızıl və 5 bürünc medalla başa vurub
- Azərbaycan millisinin baş məşqçisi: "Haiti heç də zəif rəqib deyil"