"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sağ bud əzələsindən əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Uruqvaylı futbolçu Premyer Liqada "Bornmut"la keçirilən oyunda zədələnmişdi. Əməliyyatdan sonra Bentankur klubun tibbi heyətinin nəzarəti altında reabilitasiya prosesinə start verəcək.
Xatırladaq ki, daha əvvəl mətbuatda 28 yaşlı yarımmüdafiəçinin aprel ayına qədər yaşıl meydanlara qayıtmayacağı ilə bağlı məlumatlar yayılmışdı.
Hazırda “Tottenhem” Premyer Liqa turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. London təmsilçisi növbəti oyununu yanvarın 17-də doğma meydanda "Vest Hem"ə qarşı keçirəcək.
- "Fənərbaxça"da seçki tarixi bəlli olub - Ali Koç açıqladı
- "Napoli" "Yuventus"un futbolçusu üçün 25 milyon ödəyəcək
- Ağsu şəhər stadionunun ot örtüyü FIFA sertifikatına layiq görülüb
- "Kəpəz" yeni mövsümü düşünür: Onlar komandadan göndəriləcək
- "Trabzonspor"dan "Traktor"a dəstək: "Azərbaycan türklərinin qüruru" - FOTO