"Trabzonspor"da istefa səsləri
09.03.2025 - 10:53
Türkiyə Super Liqasının 27-ci turunda "Trabzonspor" doğma meydanda "Hatayspor"la qarşılaşıb.
Apasport.az xəbər verir ki, Qara dəniz təmsilçisi autsayderə 2:1 hesabı ilə məğlub olub.
Bundan sonra "Trabzonspor" azarkeşləri rəhbərlik və baş məşqçi Şenol Günəşə reaksiya verib. Matçın son hissəsində komandanın azarkeşləri istefa şüarları səsləndirib.
Bu mövsüm Super Liqada səfərdə qalib gələ bilməyən "Trabzonspor" "Hatayspor"la evdə keçirdiyi 5 oyundan sonra xal itirib.
Qeyd edək ki, "Trabzonspor" azarkeşləri matçdan əvvəl "TFF istefa" şüarları da səsləndiriblər.
- "Adana Demirspor"un sabiq prezidenti barəsində həbs qərarı verilib
- "Sabah"ın potensial rəqiblərinin sayı azalıb
- Azərbaycan Kubokunun finalında 24-cü dəfə fərqli komandalar üz-üzə gələcəklər
- Aqil Nəbiyev: “Bu komanda ilə böyük işlər görmək olar”
- "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilə yeniləyib
0
0