Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamalarından sonra İstanbul Respublika Prokurorluğu 2025-ci ilin aprel ayında futbol matçlarını idarə etmiş bəzi hakimlərin iştirak etdiyi iddia edilən mərc oyunları ilə bağlı araşdırmalara başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə qurum bəyanat yayıb.
Bəyanatda hakimlərin müəyyən edilməsi və “idmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında”, “idman klubları və idman federasiyaları haqqında” və “idman və digər futbol yarışlarının təşkili haqqında” qanunun pozulması ilə bağlı iddiaların araşdırıldığı bildirilib.
Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 371 hakimin mərc oyunları saytlarında öz adlarına hesablarının olduğunu və onlardan 152-nin aktiv mərc oynadığını açıqlamışdı.
- "İnter" Çalhanoğlu transferi barədə: "Razılığa gəlmək mümkün deyil"
- Zədəliyəm dedi, yalan çıxdı: Rafa Silvanın "dərd"inə çarə tapılmır
- "Barselona"dan yeni rekord - 9-cu dəfə
- "Reyncers" yeni baş məşqçi ilə danışıqlar aparır
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir