"Yuventus" əsas oyunçusu ilə müqaviləni uzadır
28.02.2024 - 09:09

"Yuventus" hücumçusu Duşan Vlahoviçlə yeni müqavilə imzalaya bilər.
Apasport.az xəbər verir ki, Turin təmsilçisinin rəhbərləri uzun müddətdir ki, serbiyalı üçün yeni müqavilə üzərində işləyirlər, lakin klub maliyyə cəhətdən problem yaşayır. "Yuventus" oyunçunun maaşını daha uzun müddətə bölərək azaltmaq istəyir.
24 yaşlı futbolçunun 2028-ci ilə qədər yeni müqavilə imzalayacağı gözlənilir. Forvard gələcəyini Turin klubu ilə bağlamaq istəyir. Tərəflər artıq razılığa yaxındırlar.
Duşan Vlahoviç bu mövsümdə 25 matçda 15 qol və 3 məhsuldar ötürmə edib.
- Ermənistan futbolunda cinayət işi: “çirkli pulların yuyulması”
- Orkun Kökçü transferi üçün "Beşiktaş"dan ilk addım
- "Barselona" "Şaxtyor"un yarımmüdafiəçisinə elçi düşüb
- “Heydər Əliyev kuboku-2025”: Daha 10 boksçumuz mərhələ adlayıb
- "Golden Boy" namizədləri açıqlanıb: Siyahıya 5 türk oyunçu daxil edilib
0
0