
"Sportinq"in mərkəz müdafiəçisi Ousmane Diomande London klublarının maraq dairəsindədir.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 21 yaşlı futbolçu üçün "Çelsi" "Arsenal"la yarışa girib.
Digər London təmsilçisi "Kristal Palas" da kot d-ivuarlı ilə maraqlanır.
"Transfermarkt" mərkəz müdafiəçisinin dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Diomande ötən mövsüm "Sportinq"in heyətində 46 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun Lissabon klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
ЕВРО-ФУТБОЛ.Ру: https://www.euro-football.ru/article/31/1005926439_chelsi_posporit_s_arsenalom_za_molodogo_zaschitnika