"Milan" yarımmüdafiəçisi Ruben Loftus-Çiki "Yuventus"un müdafiəçisi Federiko Qatti ilə dəyişdirə bilər.
Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, hər iki klub futbolçuların dəyişdirilməsinə maraq göstərir.
Məlumata görə, ingilis futbolçu “Yuventus”un baş məşqçisi Luçano Spalletti üçün yarımmüdafiədə yeni alternativlər yaradacaq. “Milan”ın çalışdırıcısı Massimiliano Alleqri isə uzun müddətdir mərkəz müdafiəçisi transfer etmək istəyir.
Qeyd olunur ki, hər iki oyunçu da razılaşmanın reallaşmasında maraqlıdır, çünki Loftus-Çik və Qatti müntəzəm oyun vaxtı qazanmaq niyyətindədirlər.
Xatırladaq ki, Ruben Loftus-Çik 2023-cü ildə "Çelsi"dən 19 milyon avroya “Milan”a transfer olunub və onun müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. Federiko Qatti isə 2022-ci ildə "Frozinone"dən 9 milyon avroya “Yuventus”a keçib. Müdafiəçinin Turin klubu ilə sözləşməsi 30 iyun 2030-cu ilədəkdir.
- "Ayaks" İsrail millisinin futbolçusu ilə müqavilə imzalayıb
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Avropa Kuboku yenidən Göygöldə keçiriləcək
- Mahmut Uslu: "Ali Koç bir həftə içində istefa verməsə, mən də..."
- “Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub