Gimnastlarımız İspaniyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər
23.06.2025 - 16:34
Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvü Arif Məmmədzadə İspaniyanın Cunit şəhərində keçirilən beynəlxalq turnirdə fəxri kürsüyə qalxıb.
Apasport.az xəbər verir ki, fərdi proqramda 14.050 xal toplayan idmançı bürünc medal qazanıb.
Üç gün davam edən turnirdə fərdi, qrup, qarışıq cütlük, üçlük və aerodans proqramları üzrə çıxış edən digər yığma üzvləri mükafatçılar sırasında yer ala bilməyiblər.
- ÇL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB
- Utziq Azərbaycana qayıtmaq istəməyib, amma…
- "Golden Boy" namizədləri açıqlanıb: Siyahıya 5 türk oyunçu daxil edilib
- "Viktoriya Plzen" - "Fənərbaxça" matçı niderlandlı hakimlərə tapşırılıb
- "Fənərbaxça"nın gündəmində olan futbolçu Ronaldonun komanda yoldaşı ola bilər
0
0