“Beşiktaş” mövsümün əvvəlində “Roma”dan 2 milyon avro icarə haqqı və 13 milyon avro satınalma variantı ilə heyətinə qatdığı Tammi Abrahamla yollarını ayırmağı düşünür.
Apasport.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ingilis hücumçuya həm vətənindən, həm də Rusiyadan maraq var.
“Beşiktaş” rəhbərliyi onun performansını yetərli hesab etmir və komandanın gözləntilərinin altında qaldığını düşünür.
İddialara görə, klub rəhbərliyi Abraham üçün 15–20 milyon avro aralığında transfer qiyməti müəyyənləşdirib.
Bildirilib ki, “ağ-qaralar” qış transfer pəncərəsində heyətinə yeni mərkəz hücumçusu qatmağı planlaşdırır.
- Elçin Məmmədov “Fənərbaxça” – “Reyncers” matçına təyinat alıb
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
- Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb
- “Sabah”ın futbolçusu əməliyyat olunub
- 19 İyul – Dünya "Fənərbaxça"lılar Günüdür: Tarixi qara corablarla başlayan sevgi