“Bizi qarşıda iki vacib oyun gözləyir. Onlardan birincisi - Norveçə qarşı matç çox çətin olacaq”.
Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin baş məşqçisi İqor Biscan deyib.
Mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin oktyabrın 12-də Azərbaycana qarşı keçiriləcək görüşü barədə də fikirlərini açıqlayıb: “Çünki Norveçlə Avstriya bizim qrupdakı əsas rəqiblərimizdir. Azərbaycanla görüşə gəlincə, səviyyə baxımından bizim komanda daha üstündür. Amma oyunçuların qarşılaşmaya yanaşması yüksək səviyyədə olmalıdır. Yalnız bu halda qələbə qazana bilərik”.