Devid Bekhem FIFA prezidenti ola bilər – İnfantinoya rəqib gəlir
18.10.2026 - 22:14
Devid Bekhem FIFA prezidenti ola bilər – İnfantinoya rəqib gəlir

İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem FIFA prezidentliyinə namizəd ola bilər.

Apasport.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Mənbənin məlumatına görə, bir sıra Avropa ölkələrinin futbol federasiylarının FIFA-nın hazırkı rəhbərliyi ilə yaşadığı fikir ayrılıqları fonunda Bekhemin namizədliyi nəzərdən keçirilir.

Sabiq futbolçunun FIFA-nın hazırkı prezidenti Canni İnfantinoya rəqib olması ehtimal edilir.

Lakin Bekhem hələlik namizədliyini rəsmən irəli sürməyib.

Qeyd edək ki, FIFA prezidentliyinə növbəti seçkilərin 2027-ci ilin martında keçirilməsi nəzərdə tutulur.