“Barselona”nın futbolçuları klub rəhbərliyindən Milad hədiyyəsi almayıb.
Apasport.az saytının məlumatına görə, bu, Kataloniya təmsilçisinin maliyyə durumu ilə bağlıdır.
Əvvəllər klub Milad bayramında oyunçuları mükafatlandırar, müxtəlif hədiyyələr verərdi. Hətta ötən il “Barselona”da oynayan “Atletiko”nun hazırkı hücumçusu Antuan Qrizmann komanda yoldaşlarına məşhur fransız brendindən pul kisəsi bağışlayıb.
Bu il isə prezident Joan Laporta və rəhbərlik maliyyə çətinlikləri səbəbindən Milad hədiyyələrindən imtina qərarına gəlib.
Qeyd edək ki, “Barselona” La Liqanın ilk 18 matçında 28 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsindədir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA