İspaniya La Liqası ilə CVC investisiya fondu arasında imzalanmış əməkdaşlığa görə əldə edilən gəlirdən “Barselona” və “Real”a yüksək maliyyə ayrılmasının səbəbi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, payının 10 faizini 2,7 milyard avroya satan La Liqa “Barselona”ya 270, “Real”a isə 261 milyon avronu yeni transferlər üçün ödəyəcək.
Məsələ burasındadır ki, La Liqanın rəhbəri Xavyer Tebas çempionatın çəkisinin azalmaması üçün Lionel Messinin “Barselona”da qalmasında, PSJ-nin hücumçusu Kilian Mbappenin isə “Real”a keçməsində maraqlıdır. Həmin maliyyədən də məhz adıçəkilən oyunçularla danışıqlarda istifadə olunacaq.
Artıq Barselonaya yollanan Messinin hətta bu gün kataloniyalılarla yeni müqaviləyə qol çəkməsi gözlənilir. Argentinalının imzalanma mərasimində atasının iştirakı da nəzərdə tutulub.
Qeyd edək ki, 2,7 milyard avronun 90 faizi La Liqa klublarına ödəniləcək.
- Mourinyo "El-Klasiko" haqda: "Problem deyil, öhdəsindən gələcəyik”
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər