“Bavariya” “Barselona”nın müdafiəçisini alır
20.12.2021 - 22:49
“Bavariya” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirəcək.
Apasport.az saytının məlumatına görə, Almaniya klubu Serjinyo Desti sıralarına qatmağa qərar verib.
21 yaşlı futbolçu şərəfini qoruduğu İspaniya “Barselona”sının oyun planına uyğun gəlmir. Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsmann Destin onlara faydalı olacağı qənaətindədir.
Qeyd edək ki, “Barselona” amerikalı müdafiəçini ötən ilin oktyabrında “Ayaks”dan 21 milyon avroya alıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0