Rusiyanın Vladiqafqaz şəhərində olimpiya çempionu David Musulbesin şərəfinə sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, ənənəvi yarışda 16 yaşadək güləşçilər mübarizə aparıb.
15 ölkədən 300-dən artıq yeniyetmənin çıxış etdiyi turnirdə ölkəmizi U15 milli komandanın böyük məşqçisi Emin Əzizov və məşqçi Elşad Allahverdiyevin rəhbərliyi altında təmsil edən güləşçilərdən ikisi uğurlu çıxış edib.
Avropa çempionu Elvin Necəfzadə 85 kq-da bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avropa mükafatçısı Cavanşir Süleymanov isə 44 kq-da eyni uğura imza atıb.
Qeyd edək ki, turnirdə III dərəcəli beynəlxalq hakim Nihad Muradov ədaləti qoruyub.
- Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
- Güləşçilərimiz mundiala Göygöldə hazırlaşacaqlar
- Çimərlik güləşçilərimiz təlim-məşq toplanışına start verib
- Azərbaycanın yunan-Roma güləşi millisi toplanışa başlayır
- Biləsuvarda şəhidlərin xatirə turniri keçirilib