“Napoli”nin və İtaliya yığmasının hücumçusu Lorenzo İnsinye komandasını dəyişməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvard bu dəfə Almaniya Bundesliqasında oynamaq imkanı əldə edib.
“Barselona”nın israrla heyətində görmək istədiyi İnsinye uğrunda “Bavariya” da mübarizəyə qoşulub. Münhenlilər bununla bağlı “Napoli”yə müraciət edib. Neapol təmilçisinin onu saxlamaq şansı çox azdır. Çünki rəhbərlik yalnız maaşının azaldılmasına razılıq verəcəyi təqdirdə, İnsinyeni komandada saxlayacaq. Forvard isə əksinə, məvacibi artırılarsa, qala biləcəyini söyləyib.
Qeyd edək ki, Lorenzo İnsinye 2009-cu ildən “Napoli”nin formasını geyinir.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA