“Betis”dən “Real”lıya 2 illik müqavilə təklifi
26.04.2022 - 00:37
“Real”ın yarımmüdafiəçisi İsko yayda “Betis”ə keçə bilər.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi ulduz futbolçuya 2 illik müqavilə təklif edib.
“Betis”in baş məşqçisi Manuel Pelleqrini İspaniya millisinin üzvü ilə “Malaqa”da bir yerdə çalışdığından, onu yenidən sərəncamında görmək istəyir. 30 yaşlı pleymeykerlə razılıq əldə olunsa, keçid havayı başa gələcək. Çünki İskonun madridlilərlə müqavilə müddəti mövsümün sonuna qədərdir.
Qeyd edək ki, İsko “Real”ın heyətində 350 oyunda 53 qol vurub, 56 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi “kral klubu” ilə 17 kubok qazanıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0