Ötənlərin məşhur hücumçusu Kristian Vyeri “Yuventus”un Çempionlar Liqasına (ÇL) vəsiqə şansını dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, 48 yaşlı sabiq forvard 1996/97 mövsümündə formasını geyindiyi “qoca sinyora”nın Çempionlar Liqasına yollanmayacağını proqnozlaşdırıb.
O, Turin təmsilçisinin A seriyasının XXXVII turunda bu gün sevimli komandası “İnter”lə keçiriləcək görüşdə məğlub olacağını düşünür: “İnter”in “Yuventus”u məğlub edəcəyini və turinlilərin gələn mövsüm Çempionlar Liqasında oynamayacağını düşünürəm. Çempionlar Liqasına vəsiqə olmasa, Ronaldo gedəcək. “Yuventus” ciddi maliyyə böhranı yaşayacaq. Bu, inanılmaz uğursuzluq olacaq, çox oyunçu ayrılacaq”.
Qeyd edək ki, sona 2 tur qalmış “Yuventus” aktivindəki 72 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- “Fənərbaxça”da İsmail Kartal dönəmi başa çatdı - RƏSMİ - YENİLƏNİB
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal