“Fənərbaxça”nın prezidenti Aziz Yıldırım avtomobili ilə qəza törədib.
Apasport.az xəbər verir ki, hadisə Yıldırımın İstanbul klubunun Samandıra bazasından çıxışı zamanı baş verib.
O, avtomobili ilə hərəkət edərkən dayanmış vəziyyətdə olan digər nəqliyyat vasitəsinə sürtünüb.
Aziz Yıldırım hadisədən sonra qarşı tərəfin avtomobilinə dəyən ziyanın aradan qaldırılması üçün bütün xərcləri öz üzərinə götürəcəyini bildirib.
Qeyd edək ki, ötən gün “Fənərbaxça”nın sabiq baş məşqçisi İsmail Kartal da avtomobil qəzasına düşüb.
Türkiyəli mütəxəssis evinə qayıdarkən yol-nəqliyyat hadisəsi keçirib. Qəza nəticəsində nə Kartal, nə də digər avtomobilin sürücüsü xəsarət alıb.
- "Fənərbaxça"dan sonra “Qalatasaray” da açıqlama yaydı: “Sonda yenə yaxşılar qalib gələr”
- “Mançester Yunayted” Maykl Kerriklə bağlı qərar verdi
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı