“Monako”nun yarımmüdafiəçisi Orelyen Tçuameni “Çelsi”yə keçə bilər.
Apasport.az saytının məlumatına görə, London klubu Fransa millisinin üzvünü heyətinə qatmaq arzusundadır.
Paytaxt təmsilçisi yanvarda 21 yaşlı orta sahə oyunçusunun transferini rəsmiləşdirmək istəyir. Rəhbərlik onu alsa belə, mövsümün sonuna qədər “Monako”da çıxış etməsinə icazə verəcək. Premyer Liqa təmsilçisi mövsümün sonunda Nqolo Kante və ya Mateo Kovaçiçlə yollarını ayıracaq ki, gedənin yerini məhz Tçuameni tutmalıdır.
Qeyd edək ki, Orelyen Tçuameni cari mövsüm Fransa Liqa1-də 18 oyun keçirib, 1 qol, 1 assistlə yadda qalıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA