“Çelsi”də koronavirusa daha üç yoluxma
16.12.2021 - 16:35
Avropanın aparıcı klublarında koronavirusa yoluxma halları artmaqda davam edir.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”, “Tottenhem” və “Real”da yaşananlar “Çelsi”də də müşahidə olunmağa başlayıb.
London təmsilçisinin üç oyunçusunun testi müsbət nəticə verib. Onlardan əvvəl isə Mateo Kovaçiç infeksiyaya yoluxub.
Bu futbolçuların adları açıqlanmır. Lakin onlardan ikisinin “Everton”la keçiriləcək matçın start heyətində yer alacağı gözlənildiyi bəllidir.
Yoluxanlar digər komanda yoldaşları ilə də təmasda olub. Buna baxmayaraq, “Çelsi”nin bugünkü matçı baş tutacaq.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0