“Çelsi”nin yeni sahibi yaxın günlərdə bəlli olacaq.
Apasport.az saytının məlumatına görə, “zadəganlar”ın satış prosesini idarə edən “Raine” bankı 3 iddiaçıdan yeni zəmanət tələb edilib.
ABŞ-da yerləşən bank klubun səhmlərini alacaq şirkətdən onu 10 il ərzində, yəni 2032-ci ilə qədər satmayacağına dair zəmanət istəyib. Satışın təxminən 2,5 milyard funt sterlinqə baş tutması gözlənilir.
“Çelsi”yə sahib çıxmaq arzusunda olanlardan MBA klubu “Boston”un rəhbərləri Stiv Palyuka və Larri Tanenbaum bu şərtə oxşar öhdəlik götürüblər. Palyuka “Çelsi”ni ömrünün sonuna qədər satmayacağını açıqlayıb: “Larri ilə bir-birimizi 20 ildir tanıyırıq. Biz ömürlük mülkiyyətə zəmanət veririk. Bu, hər iki ailənin birgə qərarıdır”.
Qeyd edək ki, “Çelsi”nin son sahibi rusiyalı biznesmen Roman Abramoviç olub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”