“Çelsi”nin müdafiəçisi “Real”la anlaşdı
25.04.2022 - 11:20
“Çelsi”nin müdafiəçisi Antonio Rudigerin yeni komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü karyerasını İspaniyada davam etdirəcək.
Tanınmış italiyalı jurnalist Fabritsio Romano tərəflər arasında hərtərəfli razılığın əldə olunduğunu iddia edib. Onun sözlərinə görə, 29 yaşlı mərkəz müdafiəçisi “kral klubu” ilə 4 illik müqavilə imzalayacaq. Bu transfer La Liqa təmsilçisinə havayı başa gələcək. Çünki Rudigerin “zadəganlar”la sözləşməsi mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Antonio Rudiger 2017-ci ildən “Çelsi”də çıxış edir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0