İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola komandasının futbolçusu Erik Qarsiyanın gələcək karyerası ilə bağlı proqnoz verib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis müdafiəçinin “Barselona”ya keçəcəyinə ümidvar olduğunu açıqlayıb.
Liqa kubokunun “Tottenhem”lə oyununda (1:0) futbolçuya heyətdə verməyən Qvardiola “Mançester Siti” ilə müqaviləni uzatmayan Erikdən razılığını gizlətməyib: “Erik Qarsiya mənim sevimli futbolçularımdan biridir. Komandamda 15 dənə Erik olmasını istəyərdim. Düşünürəm ki, müdafiəçi “Barselona”ya keçəcək. Bu üzdən də indi oynamır”.
Qarsiyanı itirəcəyi ilə barışan mançesterlilər heyətinə yeni qapıçı qatmağa da hazırlaşır. Klub rəhbərliyi “Uotford”un 38 yaşlı əlcək sahibi Ben Fosteri almaq istəyir. O, ehtiyat qapıçı kimi Zek Şteffeni əvəzləməlidir.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi