“Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
29.10.2026 - 14:27
“Qalatasaray” heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Braziliya millisinin və “Flamenqo”nun futbolçusu Leo Pereyranı transfer etmək istəyir.
Türkiyə çempionu 30 yaşlı mərkəz müdafiəçisinin keçidi üçün artıq hərəkətə keçib. Braziliya klubu isə futbolçusunun transferi müqabilində 12 milyon avro tələb edir.
Pereyranın “Flamenqo” ilə müqaviləsi 2027-ci il dekabrın 31-dək qüvvədədir.
Qeyd edək ki, braziliyalı müdafiəçi karyerası ərzində “Atletiko Paranaense”, “Nautiko” və ABŞ-nin “Orlando Siti” klublarında da çıxış edib.
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
- “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu
0
0